Məşhur amerikalı rejissor Kventin Tarantino ilk dəfə ailə qurub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, o, 35 yaşlı israilli müğənni və model Daniel Piklə ailə qurub. Toy Los-Ancelesdə baş tutub.
Rəsmi nikahdan sonra cütlük Beverli-Hillzdə restoranlardan birinə yollanıb. Onlar dostları ilə birlikdə nikahı qeyd ediblər. Bu gün isə cütlük böyük parti təşkil etməyi planlaşdırır.
Qeyd edək ki, Tarantino və Pik 2009-cu ildə tanış olub. Onlar İsraildə "Inglorious Bastards" filminin qalasında bir araya gəliblər.