Aktyor Mahir İpek 20 illik həyat yoldaşı Veda Yurtseverlə boşanır.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ikili artıq məhkəməyə baş vurub və qarşılıqlı anlaşma yolu ilə ayrılmağa qərar verib.
İddialara görə, boşanma təklifi, ilk olaraq, Vedadan gəlib. Aktrisa ərizəsində bu sözləri yazıb:
"Mahir İpeklə illər içində münasibətimizin korlandığı qənaətinə gəldik. Dostluğumuzun davamı üçün evliliyimizin sona çatmasına qərar verdik. Qarşılıqlı anlaşma yolu ilə boşanmaq istəyirik".