Qadin.NET / Saçını boyadı üzü şişdi-FOTO

Saçını boyadı üzü şişdi-FOTO

Saçını boyadı üzü şişdi-FOTO


Marketdən aldığı saç boyasından istifadə edən tələbə qızın üzü bu hala düşüb.

Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, Fransada marketdən aldığı saç boyasından istifadə edən qızın üzü allergiyayası olduğuna görə şişib, hiss olunacaq dərəcədə formasını dəyişib.

Le Parisien-in yazdığına görə, Estelle adlı 19 yaşlı qız saç boyasından istifadə etməzdən əvvəl testdən keçirsə də, 2 gün gözləmək əvəzinə yarım saat gözləyib. Nəticədə onun üzü şişib. Onun başının diametri 56 sm-dan 63 sm-a qədər artıb.

Şəklini sosial şəbəkələrdə paylaşan qız başqa qadınları diqqətli olmağa çağırıb.

"Axmaqlıq etdim, bu hala düşdüm. Başqaları diqqətli olsun, mənim günümə düşməsin".

Saçını boyadı üzü şişdi-FOTO


29 noyabr 2018
GO BACK