Qadin.NET / Şeyma ərə getsə, Acun pul verməyəck - SƏBƏB

Şeyma ərə getsə, Acun pul verməyəck - SƏBƏB

Şeyma ərə getsə, Acun pul verməyəck - SƏBƏB


İki gün əvvəl boşanan Acun İlıcalı və Şeyma Subaşı cütlüyünün razılaşma protokolu ortaya çıxıb. 

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, Subaşı qızı və özü üçün ayda 125 min lirə (təxminən 40 min manat) təzminat alacaq. 

Boşanma ərizəsini İlıcalının vəkili Hakan Öncel təqdim edib. Tərəflər imzaladıqları müqaviləyə olduğu kimi əməl etməli olduqları vurğulanıb. Protokol isə bundan ibarət olub:

Şeyma Subaşına 10 milyon lirə (təxminən 3 milyon manat) dəyərində ev alınacaq. Ev cütlüyün qızı Melisanın adına olacaq. 

İlıcalı və Subaşı alınacaq evlə bağlı haqqa sahib olacaqlar. 

Şeyma Subaşı hazırda qaldığı evdən çıxaraq, yeni mənzilə köçəcək. Melisanın qəyyumluğu anasında olacaq. 

Subaşına 115 min lirə yoxsulluq, Melisaya isə 10 min lirə təzminat veriləcək. 

29 yaşındakı Subaşı evlənirsə, 115 min təzminat kəsiləcək. Tərəflər ailələri, özləri haqda heç bir media orqanına yazılı və ya səsli formada açıqlama verməyəcək. Müqavilətə yazılanlardan başqa tərəflərin bir-birindən heç bir maddi və mənəvi tələbdi olmayacaq. 

Melisanın bütün təhsil tələblərini atası İlıcalı ödəyəcək. 

Qeyd edək ki, 14 ay evli qalan cütlük 2009-cu ildə "Var mısın Yok musun" proqramında tanış olmuşdu. Cütlüyün 2014-cü ildə qızları Melisa dünyaya gəlib. 9 il birlikdə olan və 9 dəqiqədə boşanan cütlüyün ayrılmasına səbəb xəyanət olub.

 

28 noyabr 2018
GO BACK