“Kurtlar Vadisi”, “Ruhsar”, “Ağır Roman” kimi filmlərdə rol alan aktyor Levent Erim həyat yoldaşı Ayşe Fezadan boşanır.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, ikili yolda gedə bilmədikləri üçün ayrılır. Aktyor açıqlamasında xanımı ilə bir-birindən təzminat tələb etmədiklərini deyib.Xəbərə görə, Leventin vəkili ərizədə bu sözləri yazıb:“Tərəflərin evliliyi davam etdirəcək səbəbi qalmayıb. Yolda gedə bilmədikləri üçün boşanmaq zəruri hala gəlib”.Qeyd edək ki, cütlük 11 il əvvəl ailə qurub.