Qadin.NET / Ancelina Coli uşaqlarına görə hakimlə müqavilə bağladı-SƏBƏB

Ancelina Coli uşaqlarına görə hakimlə müqavilə bağladı-SƏBƏB

Ancelina Coli uşaqlarına görə hakimlə müqavilə bağladı-SƏBƏB


Ancelina Coli və Bred Pitt 3 ildir davam edən boşanma prosesində razılığa gəliblər. 

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, onların razılığa gəlməməsinə səbəb uşaqlar üzərindəki cavabdehliklər olub. Bir neçə həftə əvvəl Colinin Pittin istəklərinə razılıq verdiyi deyilsə də, xəbər yalan çıxıb. 

Coli hakim Con Uderkirkin bu məsələyə yenidən baxmasını istəyib və proses gələn ilin dekabrının 31-nə qədər davam edəcək. 

Cütlük bütün hadisələrin qalmaqalsız bitməsinə, aralarındakı söhbətin məhkəməsiz bitməsinə çalışır. Buna görə də onlar hakimdən onlara dost kimi yardım etməsini istəyiblər. 

Coli və Pitt uşaqların hadisələrdən çox incindiyini bildirblər. Coli uşaqlar üzərində daha çox söz haqqına sahib olmağa çalışır. Hələki aktyorla aralarındakı mülkləri bölüşdürməyiblər. Buna baxmayaraq Pitt uşaqları üçün oliment ödəyir. Coli isə bundan narazıdır, o, məbləğin az olduğunu iddia edib. Bred isə bu günə kimi Ancelinaya 9 milyon dollar ödədiyini açıqlayıb.

 

28 noyabr 2018
GO BACK