Qadin.NET / Neslihan Atagül Bakıya gəlir

Neslihan Atagül Bakıya gəlir

Neslihan Atagül Bakıya gəlir


Türkiyənin məşhur aktrisası Neslihan Atagül Bakıya gələcək.

Qadin.Net qafqazinfo-a istinadən xəbər verir ki, aktrisanın səfəri dekabrın 1-də olacaq. Neslihanın gəlişinin məqsədi "Altın kelebek" ödülləri ilə bağlıdır. Atagül gələn ayın ilk günündə yerli KİV nümayəndələri ilə görüş keçirəcək, onların suallarını cavablandıracaq. 

Reklam, serial və kino ulduzu elə həmin gün Türkiyəyə geri qayıdacaq. O, "Kelebek" üçün azərbaycanlı məşhurların seçim konsertində iştirak etməyəcək. Buna səbəb aktrisanın iş qrafikinin sıx olmasıdır. 

Bu məqamda bildirək ki, dekabrın 2-də mükafat gecəsi üçün azərbaycanlı xanım namizədlərin konserti keçiriləcək. Gecədə xalq artisti Aygün Kazımova, Günay İbrahimli, Dilarə Kazımova, Səmra Rəhimli, Aysel Əlizadə, Roza Zərgərli və Xatirə İslam çıxış edəcəklər. 

Namizədlərdən 3 finalist seçilərək Türkiyədə keçirilən mötəbər tədbirdə iştirak hüququ qazanacaq. 

28 noyabr 2018
GO BACK