Meksikalı nüvə fiziki Migel Alkubyerra bildirib ki, 1000 ildən sonra zaman içində səyahət etmək mümkün olacaq.
Qadin.Net ölkə.az-a istinadən bildirir ki, alimin sözünə əsasən, bunun üçün sürətin artırılması üzərində işləmək lazımdır.
Migelin fikrinə görə, işıq sürətini ötmək üçün bəşəriyyətə varp-mühərriklər lazımdır. Bu mühərriklər maşının qarşısında zamanı sıxır və arxasında genişləndirir. Belə olduğu halda hava gəmisi sürətləndiricisinə nisbətən hərəkətsiz qalacaq, məkan isə əksinə, dəyişməyə başlayacaq.
"Varp-qabarıqda səyahət etmək üçün bizə enerji lazımdır. İlkin hesablamalar göstərir ki, bunun üçün nəhəng enerji, Kainatda olan enerjidən çox enerji lazımdır. Yupiterin kütləsinə bərabər enerjidən söhbət gedir", - deyə alim əlavə edib.