İngiltərəli aparıcı Noel Fildinq və xanımı Liliana Börd maraqlı addım atıblar.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, cütlük aparıcılıq etdiyi sosial layihəni öz həyatlarında da davam etdirmək qərarına gəlib.
Odur ki, Noel və Liliana evsiz və kasıblara əl tutmağa başlayıblar. Ötən gün cütlük London küçəsində görüntülənib. Noel bankomatdan pul çıxarıb, daha sonra onun 20 funt sterlinqini (təxminən 50 AZN) evsiz birinə verib.