Qadin.NET / 2019-cu ildə bizi nə gözləyir?

2019-cu ildə bizi nə gözləyir?

2019-cu ildə bizi nə gözləyir?


Hər birimiz gələcəkdə bizi nələrin gözlədiyini bilmək istəyirik. Bu gün öz taleyinin öyrənilməsi üçün bir çox müxtəlif üsullar var, onlardan bəziləri həqiqətən də işə yarayır.

Bəziləri gələcək taleyini öyrənmək üçün ekstrasensə üz tutur, bəziləri fala baxdırır, qalanları da göylərin iradəsinə ümid edir... Amma təcrübə göstərir ki, gələcəyi təxmin etmək üçün ən üstün və əlverişli üsul astroloji proqnozlardır.

Münəccimlər nadir hallarda öz proqnozları ilə bağlı səhvlər buraxır, işarələri oxuya biləcək insan gələcəyin çox dəqiq rəsmini çəkə bilər. Peşəkarcasına tərtib edilən ulduz falları nəticəsində gələn il bizi nələr gözlədiyindən xəbərdar olmaq mümkündür.

Qadin.Net publika.az-a istinadən sizi 2019-cu ilin ulduz falı ilə tanış edir.

Peşəkar münəccimlər dəqiq hesablamalar apararaq belə qənaətə gəliblər ki, Şir, Qız, Oğlaq, Dolça və Əqrəb 2019-cu ilin ən bəxtəvər bürcləri olacaq. Amma bu nəticələr o demək deyil ki, qalan bütün insanlar ilboyu uğursuzluğa məruz qalacaq. Xeyirxahlıq və sevinc Sarı Torpaq Donuz (Qaban) ilində demək olar ki, hər bir insana toxunacaq, həyatımıza çoxlu xoş anlar qazandıracaq. 2019-cu ildə də bütün dövrlərdə olduğu kimi insanlar problemlərlə üzləşəcək. Amma narahat olmağa ehtiyac yoxdur, problemlərdən çıxış yolu tapmaq mümkün olacaq, bir çoxunu karyera, şəxsi həyat və biznesdə müvəffəqiyyət gözləyir. Həmçinin arzuların həyata keçirilməsi və mübariz xarakteri möhkəmləndirməyə icazə verən ciddi sınaqlar və itkilər qaçılmazdır.

2019-ci ildə Torpaq Donuzu hər kəsi real ehtiyacları haqqında düşünməyə və öz həyat təcrübələrini təhlil etməyə məcbur edəcək. Mövcud durumu qorumaq üçün çoxumuz bağışlamağı öyrənmək məcburiyyətindəyik.

Qoç

Bu bürcün nümayəndələri həqiqi mənada hadisələrin dəyişməsinin sürət tempini öz üzərində hiss edəcək. İnanılmaz şans və uğur gözlənilmədən xoşagəlməz məqamlarla əvəz olunacaq, sıxıntılar ən əlverişsiz vaxtda baş verə bilər. İlin birinci yarısında özünü seçilmiş hiss edən Qoçlar üçün ilin ikinci yarısında vəziyyət kökündən dəyişəcək. Belə anlarda ən böyük dayağınız ailəniz və yaxın adamlar olacaq, onların məsləhətlərinə etibar edin, çünki həqiqətən də haqlı olacaqlar.

Buğa

2019-cu il Buğalar üçün böyük bir imtahan hazırlayır. Onların əsas problemi səhhətlərinin və xroniki xəstəliklərin kəskinləşməsi olacaq. Odur ki, astroloqlar Buğa bürcü altında doğulan kəslərə 2019-cu ildə karyeranı ikinci plana atıb səhhətinizlə məşğul olmağı və özünüzə daha çox vaxt ayırmağı tövsiyə edir. Özünüzü işlərlə yükləməyin, çünki gərginlik və stress orqanizmin immun müdafiəsi zəiflədən əsas amildir.

Əkizlər

Sabit istirahət və problemlərdən uzaqlaşmaq qabiliyyəti Əkizləri gələn il tam rahat və sakit şəkildə yaşamağa imkan verəcək. Bu halda istənilən narahatçılıq ətrafdakıların həyatını məhv etmədən şüşəyə dəyib geri qayıdacaq.

Xərçəng

2019-cu il Xərçənglər üçün həyatlarının ən əhəmiyyətli dövrü olacaq. Onlar taleyini müəyyənləşdirən qərarlar verməli olacaq, hansı ki, gələcək həyatlarını dəyişdirəcək və onları əhatə edən insanlara birbaşa təsir edəcək.

Ailə, karyera və digər vacib məsələlərdə ulduzlar təkliflərin hamısını diqqətlə ölçüb-biçməyi tövsiyə edir. Spontan və qarışıq qərarlara yol verməyin.

Şir

Bu bürcün himayəsi altında doğulanlar ilin şanslıları olacaq. Özlərinə güvəni daha da artacaq və gücü qarşısında heç bir əngəl tab gətirməyəcək. 2019-cu ilin ulduz falı göstərir ki, hansı istiqamətdə fəaliyyət göstərdiklərindən asılı olmayaraq, onlar ən yüksək zirvələri fəth edəcək.

Qız

İl ərzində Qızlar cəmiyyətdə öz səlahiyyətlərini gücləndirmək üçün işləyəcək. Onlar öz sevgilərini yaxınlarına açacaq və yad insanlar üçün əsl xilaskara çevriləcəklər. Bu bürclərin nümayəndələri üçün başlıca təhlükə dostluq münasibətlərindən sui-istifadə edərək öz məsuliyyətlərini onlara yükləyən vicdansız iş yoldaşları ola bilər.

Tərəzi

Tərəzilərin həyatında həqiqətən köklü dəyişikliklər baş verəcək. Onlar peşəkar fəaliyyət sahəsini dəyişməli olacaq, ünsiyyət dairəsinə daxil olmayan yeni münasibətlər quracaqlar. İnsanlarla aralarında sədd qoymağa adət edən Tərəziləri bu, hətta bəzən qorxudacaq, amma zaman keçdikcə hər şey yoluna düşəcək və onlar mənəvi rahatlıq əldə edəcəklər.

Əqrəb

Əqrəb bürcü himayəsi altında olan insanlar öz potensialını və xarakterinin güclü tərəflərini göstərmək üçün unikal şans qazanacaqlar. Bu fürsətdən səmərəli faydalana biləcək hər kəs həyatında ən çox ehtiyacı olduğu şeyə qovuşacaq. Bu, sevimli məşğuliyyət, yeni gəlir mənbəyi, daxili harmoniya və ya ikinci yarınız ola bilər. Əsas odur ki, cəsarətli olun və taleyin hədiyyələrini qəbul etməkdən çəkinməyin.

Oxatan

Oxatanlar üçün 2019-cu il ürəkaçan olmayacaq. Planlarını pozan kiçik uğursuzluqlar onları daim təqib edəcək. Bürcün bəzi nümayəndələri hətta süstlüyə və ümidsizliyə düçar olacaq. Amma bütün bu qaranlığın içində bir nur işığı gizlənəcək. Oxatanlar məhz bu il həyatının qalan hissəsini birlikdə yaşamaq istədiyi əsl məhəbbəti tapacaq.

Oğlaqlar

Oğlaqların maddi durumu pisləşəcək. Bu səbəbdən də yeni gəlir axtarışlarına başlayacaqlar. Onların axtarış səyləri boşa çıxmayacaq, ilin sonuna doğru həyatlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail olacaqlar.

Dolça

Dolça bürcləri üçün 2019-cu il daimi inkişaf və özünü təkmilləşdirilmə səyləri ilə yadda qalacaq. Onlar həm mənəvi, həm də zehni cəhətdən inkişaf edəcək. 2019-cu ildə problemlər onlardan demək olar ki, yan ötüşəcək. Bu bürcün nümayəndələrinə uğur qazanmaq üçün xeyli səy göstərmək lazım gəlməyəcək, ulduzlar özləri Dolçaların firavanlığının qeydinə qalacaq.

Balıq

Balıqlar 2019-cu ildə ulduzların onların üçün hazırladığı bütün şanslardan ən çox faydalanan bürc olacaq. Bəxt onların üzünə güləcək, karyerada yüksəliş gözlənilir, həyat isə onları yaxşı dostlar və maraqlı romantik macəralarla mükafatlandıracaq. Bu bürclərin uğur əldə etməsinin əsas şərtləri düzgün istiqamətdə daimi bir hərəkətdir. Passiv mövqedə gözləyənlər Donuz ilinin onun üçün hədiyyə etdiyi şansı qaçıra bilər. 

26 noyabr 2018
GO BACK