Türkiyəli aktrisa Qamze Özçelik hicab geyinib.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, dünən Hempa Uşaq Dərnəyinin "Türkiyə Uşaq Hüquqları və Həssaslıq Mükafatları" mərasimi keçirilib. Tədbirdə nümayəndələrinə müxtəlif mükafatlar təqdim edilib.
Mərasimdə "Öncü Sivil Toplum Kuruluşu" mükafatını “Umuda Koşanlar Derneği” adına aktyor Bir Qamze Özçelik alıb. Aktrisa tədbirə ilk dəfə olaraq hicabda gəlib.
Qeyd edək ki, Özçelik "Uzun müddətdir ki, namaz qılıram. İman etmiş biri olaraq bağlanmaq fərzdir, Allahın əmridir. Bilirəm ki, başımı bağlamalıyam, inşallah bunu bacararam. Kövrək və həssas insanam, həmişə sünilik və saxtakarlıqdan xoşlanmayan, həqiqəti axtaran təbiətim olub. Qəlbimdə Allah inancı böyük idi. Amma nə dərəcədə inanmalı və nələri tətbiq etmək lazım olduğuna bu qədər hakim deyildim” , - deyə bildirib.
Qamze Özçelik son zamanlar özünü xeyriyyə işlərinə həsr edib. Məşhur bir çox ulduzlardan fərqli olaraq instaqram hesabında dəbdəbəli həyatını deyil, xeyriyyəçilik fəaliyyətinə dair fotolar bölüşür.