Ötən bazar günü Yeni Zelandiyada azı 145 delfin Styuart adasının sahilinə atılıb.
Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, bu barədə adanın Ətraf Mühitin Qorunması Nazirliyinin istehsal meneceri Ren Leppensə istinadən "Radio New Zealand" bildirib.
Radiostansiyanın məlumatına görə, şənbə günü axşam iki delfin sürüsü adanın qərb hissəsində, Meyson körfəzinin cənub hissəsində sahilə atılıb. Delfinlər aşkarlananda onların yarısı artıq həlak olub.
"Təəssüf ki, suya endirdiyimiz sağ delfinlərin sayı son dərəcə az idi. Bununla belə, həmişə belə qərarı qəbul etmək ağırdır", - deyə Leppens bildirib.
Yeni Zelandiya balinaların və delfinlərin tez-tez sahilə atıldığı yerdir. Alimlər bu heyvanların belə kütləvi intiharlarına nəyin səbəb olması barədə suala indiyə qədər dəqiq cavab verə bilmirlər.
Bir qayda olaraq, əgər bir delfin sahilə atılırsa, onda başqaları sürüdən ona kömək etməyə çalışırlar və nəticədə onunla eyni aqibəti yaşayırlar.