Qadin.NET / Fidan bu gün çıxış edəcək!

Fidan bu gün çıxış edəcək!

Fidan bu gün çıxış edəcək!


Bu gün Minskdə "Uşaq Avroviziya-2018" mahnı müsabiqəsinin qalibi müəyyənləşəcək.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, "Minsk Arena"da keçiriləcək finalda bu il ölkəmizi Azərbaycanın “Qızıl kitabı”na adı düşən 13 yaşlı Fidan Hüseynova təmsil edəcək.

20 ölkənin nümayəndəsinin iştirak etdiyi yarışmada Fidan səhnəyə 7-ci çıxacaq.

Qeyd edək ki, müsabiqədə Azərbaycan təmsilçisindən başqa Ukrayna, Portuqaliya, Qazaxıstan, Albaniya, Rusiya, Niderland, Belarus, İrlandiya, Serbiya, İtaliya, Avstraliya, Gürcüstan, İsrail, Fransa, Makedoniya, Ermənistan, Uels, Malta və Polşa təmsilçiləri beynəlxalq mahnı müsabiqəsinin final mərhələsində çıxış edəcəklər.

25 noyabr 2018
GO BACK