Peris Hiltonun nişanlısı Kris Zilki ilə ayrılma xəbəri yaxınlarını təəccübləndirib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, toya hazırlaşan cütlük evlənməkdən imtina edib. Hilton sevənlərinin ayrılığın səbəbi ilə bağlı suallarını cavablandırıb.
"Hər gün məşğulam, hər səhərim bir ölkədə açılır. Başa düşdüm ki, indi ailə qurmağa hazır deyiləm. Buna vaxtım yoxdur" deyə, Peris bildirib.
Ana olmaq istəyən məşhur "Ümid edirəm ki, bir gün bu hissi mən də yaşayacam" sözlərini əlavə edib.