Rusiyanın "Roskosmos" şirkətinin rəhbəri Dmitri Roqozin amerikalıların Ayda olması ilə bağlı araşdırma aparmağı təklif edib.
Qadin.Net Axar.az-a istinadən xəbər verir ki, Roqozin bunu Moldova Prezidenti İqor Dodonla birlikdə "Rusiya Kosmik Sistemlər" şirkətini ziyarəti zamanı deyib.
"Biz qarşımıza belə tapşırıq qoymuşuq - uçub yoxlamaq: onlar orada olublar, yoxsa yox. Onlar deyirlər ki, olublar. Biz də yoxlayacağıq", - Roqozin bildirib.
Roqozinin sözlərinə görə, hazırda heç bir ölkə təkbaşına Ay proqramını həyata keçirə bilmir, ona görə də Rusiya və ABŞ-ın bu məsələdə əməkdaşlığı mümkündür.
Qeyd edək ki, ilk dəfə amerikalı Nil Armstronq Aya 1969-cu ildə ayaq basıb.