Rusiyanın Yekaterinburq vilayətində uşaq xəstəxanalarının birində unikal əməliyyat həyata keçirilib.
10 yaşlı qızın qaraciyərindən 2 kiloqramlıq şiş çıxarılıb.
Qadin.Net teleqraf-a istinadla xəbər verir ki, cərrahlar bu qədər böyük ölçüdə şişin orqanizmdən çıxarılmasını xəstəxananın tarixində birinci hadisə olduğunu bildiriblər.
Əməliyyat təxminən 5 saat çəkib. Şişin ölçüsü əməliyyatı qarın nahiyəsində keçirməyə imkan vermədiyi üçün həkimlər xəstənin döş qəfəsini yarmalı olublar.
Məlumata görə, qız hazırda özünün yaxşı hiss edir və evə buraxılıb. Həkimlərin qənaətinə görə, 10 yaşlı qızcığaz kimyaterapiyadan sonra tezliklə tam sağlamlığına qovuşacaq.