Hollivud ulduzu Nikol Kidman övladlarına qadağa qoyub.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, 51 yaşlı aktrisa rol aldığı "Destroyer" filminə qızlarının baxmasına icazə verməyib.
"Oskar" mükafatçısı 10 yaşlı Sunday Rose və 7 yaşlı Faithə bununla bağlı göstəriş verib. O, ekran işindəki şiddət səhnələrinə görə belə bir addım atıb.
Kidman övladlarının 21 yaşı tamam olan zaman layihəni izləmə şanslarının olacağını qeyd edib.