Moskvada Rospotrebnadzor idarəsi məşhur amerikan restoran seti Starlite Dineri epidemioloji araşdırma səbəbindən bağlayıb.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, restoranda 8 hepatit A yoluxması qeydə alınıb. Belə ki, həm işçilər, həm müştərilər arasında virusun yayılması faktı aşkarlandıqdan sonra restoranlarda xidmət dayandırılıb və yoxlama başlanılıb.
Rospotrebnadzor Starlite Dinerdə aşağıdakı pozuntuları aşkarlayıb:
- Personalın 80% -nin dizenteriya və hepatit A peyvəndi olunmayıb - bu halda işçilər
- Göyərti, tərəvəzlərin təmizlənməsi qaydaları və salatların hazırlanması şəraiti yoxdur
- Soyuducularda ət, balıq ilə tərəvəz, göyərti bir saxlanılır
- Salat, desert və isti yeməklərin hazırlanması eyni yerdə aparılır
- Bakterisid lampalar yoxdur - məhz bu səbəb Hepatit A virusu ocağının alışmasına səbəb olub
- Hazır yeməklər zala çirkli qabların geri qaytarıldığı eyni qapıdan aparılır
- Divar və döşəmənin standartlara uyğun dezinfeksiyası aparılmır
- Qab-qacağın dezinfeksiyası normalarına əməl olunmur
Sonuncu dəfə planlı yoxlama bu şəbəkədə 2012-ci ildə aparılmışdı.