Belarusda evli qadınların yarışdığı "Mrs. Belarus World 2018" gözəllik yarışmasının tacı yeni sahibini tapıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, paytaxt Minskdə keçirilən yarışın finalçısı 31 yaşlı aktrisa və jurnalist Yekaterina Sakoviç olub.
1 uşaq anası olan Y.Sakoviç 2019-cu ildə Çində keçiriləcək "Dünyanın Ən Gözəl Evli Qadını" yarışmasında ölkəsini təmsil edəcək.