Bu gün amerikalılar "Şükran günü"nü (Thanksgiving Day) qeyd edirlər.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, bu münasibətlə bir çox məşhurlar sosial mediada yaxınlarının fotolarını paylaşaraq, onlara minnətdarlıqlarını bildiriblər.
Bunlardan biri də müğənni Madonnadır. 60 yaşlı sənətçi səhifəsində 6 övladının şəklini yerləşdirib və yazıb:
"Bunlar ən çox şükr etdiklərimdir. Övladlarım mənim üçün elə qapılar açıblar ki, heç oradan keçmək ağlıma belə gəlməzdi. Şöhrət, uğur, albomlarım həyatda ən çox sevdiklərimlə müqayisə belə oluna bilməz. Şükran bayramınız mübarək".
Qeyd edək ki, Madonnanın iki övladı özünündür. Bunlar 22 yaşlı Ludres və 18 yaşlı Rokkodur. O,12 yaşlı Mersi Ceyms, 6 yaşlı əkizlər Stella və Ester, eləcə də, 13 yaşlı Devidi övladlığa götürüb.