2 ildir ekranlardan uzaq düşən aktrisa Beren Saat yeni layihə geri dönür.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, o, “Netflix” şirkətinin çəkdiyi "Hakan: Muhafız" filminin ikinci bölümündə yer alacaq
Bu barədə şirkət sosial mediada paylaşım edərək "Aramıza xoş gəldin. Biz də səni gözləyirdik" yazıb.
Qeyd edək ki, dünyanın dörd bir yanında yayımlanacaq filmdə baş rolda Berenlə yanaşı, aktyor Çağatay Ulusoy da oynayacaq. Ekran işində eyni zamanda Ayça Ayşin Turan, Hazar Ergüçlü, Okan Yalabık, Mehmet Kurtuluş, Saygın Soysal və Burçin Terzioğlu kimi aktyorlar da çəkiliblər.
Serial dekabrın 14-də nümayiş olunacaq.