Rusiyanın əməkdar artisti, prodüser Bari Alibasov və xalq artisti Lidiya Fedoseeva-Şukşina evlənib.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, 71 yaşlı Alibasovla 80 yaşlı Fedoseeva-Şukşinanın toyu Moskvada baş tutub.
Onlar Kutuzovskiy nikah mərkəzində münasibətlərini rəsmiləşdiriblər. Məclisdə cütlüyün ailə üzvləri, dostları iştirak edib.
Qeyd edək ki,prodüser bundan əvvəl 5 dəfə, aktrisa ilə 6 dəfə ailə qurub.