Qadin.NET / 2020-ci ildə Dubayda Gələcəyin Muzeyi açılacaq

2020-ci ildə Dubayda Gələcəyin Muzeyi açılacaq

2020-ci ildə Dubayda Gələcəyin Muzeyi açılacaq


2020-ci ildə Dubayın mərkəzində Gələcəyin Muzeyi açılacaq.

Qadin.Net AzərTac-a istinadən bildirir ki, muzeydə yeni nəsil texnologiyalar, ən müasir ixtiralar və innovativ layihələr təqdim ediləcək. Ziyarətçilər, muzeydə insanların həyatını dəyişəcək texnologiyalar barədə geniş məlumatlandırılacaqlar.

Gələcəyin Muzeyi "Emirates Towers" metro stansiyasının yanında inşa edilir. Oval formada tikilən bina memarlıq abidəsi olmaqla yanaşı, turizm mərkəzinə də çevriləcək.

21 noyabr 2018
GO BACK