ABŞ prezidentinin qızı və məsləhətçisi İvanka Tramp uzun müddət hökumət üzvləri və Ağ Ev işçiləri ilə qaydalara zidd olaraq, rəsmi yazışmaları üçün şəxsi elektron poçtundan istifadə edib.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bu iddia ilə “Vaşinqton Post” qəzeti çıxış edib.
Məlumata görə, İvanka və həyat yoldaşı Jared Kuşner ortaq email poçt hesabı açaraq, Ağ Evlə bağlı müzakirələr aparıblar.
“Vaşinqton Post” yazır ki, prezidentin qızı İvankanın rəsmi yazışmalar üçün öz şəxsi hesabından istifadə etdiyini öyrənəndə, köməkçiləri şoka düşüblər:
“İvankanın hüquq müşaviri xəbəri təsdiqləsə də, bunun təsadüf olduğunu iddia edib. Müşavir qeyd edir ki, prezidentin qızı bu haqda məlumatlandırıldıqdan sonra rəsmi yazışmaları şəxsi email hesabı ilə həyata keçirməyi dayandırıb”.