Qadin.NET / Çəkdiyi Selfie ilə həbsdən xilas oldu-FOTO

Çəkdiyi Selfie ilə həbsdən xilas oldu-FOTO

Çəkdiyi Selfie ilə həbsdən xilas oldu-FOTO


ABŞ-ın Texas ştatında yaşayan Kristofer Presopia çəkdiyi bir selfi foto sayəsində üzərinə atılan şərdən qurtulub.

Qadin.Net ölkə.az-a istinadən xəbər verir ki, prokurorun 99 il həbs cəzası tələb etdiyi Kristoferin ailəsi məhkəməni 150 min dollar girovla oğlanı müvəqqəti azadlığa buraxmağa razı sala bilib.

21 yaşlı gəncin keçmiş sevgilisi polisə müraciət edərək Kristoferin onun evinə zorla girdiyini, onu döydüyünü, bıçaqla sinəsinə xaç qazıdığını iddia edib. Prokuror isə şikayət ərizəsinə əsasən gənc oğlan üçün 99 il həbs cəzası tələb edib.

Gəncin ailəsi məhkəməyə 150 min dollar girov qoyaraq övladlarını azadlığa buraxıblar və onun günahsız olduğunu sübut ediblər. Kristoferin anası bildirib ki, hücumun baş verdiyi gün ailə hadisə yerindən 65 km uzaqda olan bir oteldə yemək yeyib. Kristofer isə yemək zamanı selfie foto çəkib və onu sosial şəbəkədə paylaşıb. Bu foto polisi inandırıb ki, qıza hücum edilən zaman Kristofer tamamilə başqa bir yerdə olub.

Sonra isə qız Kristoferdən intiqam almaq üçün belə bir yalan uydurduğunu boynuna alıb.

Çəkdiyi Selfie ilə həbsdən xilas oldu-FOTO

Çəkdiyi Selfie ilə həbsdən xilas oldu-FOTO

Çəkdiyi Selfie ilə həbsdən xilas oldu-FOTO

Çəkdiyi Selfie ilə həbsdən xilas oldu-FOTO

Çəkdiyi Selfie ilə həbsdən xilas oldu-FOTO

Çəkdiyi Selfie ilə həbsdən xilas oldu-FOTO


20 noyabr 2018
GO BACK