33 yaşlı Kriştianu Ronaldu sevgilisi Corcina Rodrigeslə ailə qurmağa hazırlaşır.
Qadin.Net axşam.az-a istinadən xəbərinə görə, Ronaldu 24 yaşlı sevgilisiylə kilsə axtarışına çıxıb. onlar birlikdə Turində Qran Madre di Dio kilsəsində görüntüləniblər.
Corcina isə gəlinlik paltarı seçməklə məşğuldur. Cütlük toyla bağlı məlumatları gizlətməyə çalışır.
Qeyd edək ki, Rodriges və Ronaldu 2016-cı ildə tanış olub. Onların Alina adlı qız övladı dünyaya gəlib.