Qadin.NET / Kraliça Meqanı danladı-"Artıq Yetər!"-SƏBƏB

Kraliça Meqanı danladı-"Artıq Yetər!"-SƏBƏB

Kraliça Meqanı danladı-"Artıq Yetər!"-SƏBƏB


Britaniya şahzadəsi, 34 yaşlı Harri xanımı, 37 yaşlı Meqan Marklla birlikdə dünən Londondakı "Palladium"da təşkil olunmuş "Royal Variety Performance" konsertinə qatılıblar.

Hamilə hersoginya londonlu modelyer Safiyanın əsəri olan qara-ağ geyimdə idi.

"Royal Variety Performance"ın ilk konserti 1912-ci ildə keçirlib və əldə olunmuş vəsait Britaniya Estrada Artistlərinin Xeyriyyə Fonduna verilib.

Kraliça 2-ci Yelizavetanın hami olduğu şounun ənənələri indi də davam edir.

Dünənki konsertdə "Take That", Corc Ezra, Rik Estli və başqaları çıxış ediblər.

Bu arada bəlli olub ki, Britaniya kraliçası 2-ci Yelizaveta nəvəsi, şahzadə Harrinin xanımı, 37 yaşlı Sasseks hersoginyası Meqan Marklın geyim seçimindən və dəblə bağlı baxışlarından kəskin şəkildə narazıdır.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, kraliça 37 yaşlı gəlininə sərt xəbərdarlıq edərək deyib: "Artıq yetər! Hollivud ulduzu kimi geyinməyinə son ver, şahzadənin xanımı kimi görün".

Kraliçanın narazılığı hələ Harri ilə Meqanın toyuna hazırlıq zamanı başlayıb. O, sabiq aktrisanın boşanmış qadın olduğu halda, ağ gəlinlik geymək istəyini bəyənməyib.

İyun ayında isə Çeşir qraflığına ilk təkbaşına səfəri əsnasında Meqan Marklın başında şlyapa olmaması kraliçanı qeyzləndirib. Halbuki, Bukinhem Sarayının dress-kodu bunu tələb edir.

Və ən nəhayət, Mepqan Markl daim şalvarlı kostyumlar, mini ətəkli donlar, qara rəngli paltarlar və əcnəbi dizaynerlərin əsərləri olan əlbisələri geyinib.

Kraliça Meqanı danladı-"Artıq Yetər!"-SƏBƏB

Kraliça Meqanı danladı-"Artıq Yetər!"-SƏBƏB

Kraliça Meqanı danladı-"Artıq Yetər!"-SƏBƏB

Kraliça Meqanı danladı-"Artıq Yetər!"-SƏBƏB


20 noyabr 2018
GO BACK