Qadin.NET / Mark işçilərinə iPone istifadəsini qadağan edib

Mark işçilərinə iPone istifadəsini qadağan edib

Mark işçilərinə iPone istifadəsini qadağan edib


The New York Times-ın yeni məqaləsində Facebook şirkətinin öz səhvlərini necə düzəltməsi barəsində danışılır. Apple şirkəti ilə bağlı olan əsas məqamlardan biri də ondan ibarətdir ki, bir neçə müddət bundan öncə Tim Cook-un Facebook ilə bağlı mənfi rəyləri Mark Zuckerberg-in o dərəcədə xoşuna gəlmədi ki, o, şirkətni top menecerlərinə iPhone smartfonlarından istifadəni qadağan etdi və onlara Android smartfonlara keçid etmələri barəsində göstəriş verdi.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, sözügedən məqalədə bu ilin əvvəlində Facebook-un Cambridge Analytica şirkəti ilə olmuş qalmaqalı ilə bağlı Tim Cook-un şərhi və Mark Zuckerberg-in həmin şərhə reaksiyası qeyd edilib. "Biz sizin şəxsi həyatınız barədə məlumatları yaymaq niyyətində deyilik. Bizim üçün konfidensiallıq insan hüququdur. Bu, vətəndaş azadlığıdır" - deyə Tim Cook həmin vaxtda bu hadisə ilə bağlı şərh vermişdi. Tim Cook-un bu cür şərhi isə öz növbəsində Mark Zuckerberg-də mənfi reaksiyaya səbəb olmuşdu.

Bu cür şərhdən heç də məmnun olmayan Zuckerberg öz şirkətinin idarə komandasına iPhone smartfonlarından Android smartfonlara keçid göstərişini verdi. Belə ki, Android əməliyyat sisteminin istifadəçi kütləsi daha böyükdür.Tim Cook tərəfindən verilmiş yuxarıdakı şərhdən əlavə olaraq Zuckerberg-i əsəbiləşdirən daha bir məqam da olmuşdu. Belə ki, Tim Cook-un Facbook şirkətinin CEO olacağı halda onun bu vəziyyətdəki addımları necə olardı sualına Tim Cook "Mən bu cür vəziyyətdə olmazdım" - deyə cavab vermişdi. Mark Zuckerberg isə öz növbəsində Tim Cook-a bu cür cavab vermişdi:

"Əgər siz yalnız varlı şəxslərə xidmət göstərməyən servis yaratmaq istəyirsinizsə, siz hər bir şəxsin həmin servisdən istifadə edə bilmə imkanını düşünməlisiniz. Düşünürəm ki, bu, istifadəçilərin Stokholm sindromuna yaxalanmamaq və beləliklə böyük şirkətlərin əsirlərinə çevrilməmək üçün vacibdir. Qoy daha çox vəsait əldə etmək üçün çox çalışan şirkətlər istehlakçıları inandırsınlar ki, onlar həqiqətən də istehlakçıların qayğısına qalırlar. Əks halda bu gülməli səslənir" - deyə Zuckerberg bildirmişdi.
20 noyabr 2018
GO BACK