Müğənni Demet Akalın İnstaqram hesabında ona “Qocalmısan” deyən izləyicisini cavabı ilə susdurub.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, ifaçının paylaşdığı son fotosunun altına izləyicilərdən biri “Üzün çöküb. Qocalmısan” şərhini yazıb.
Buna əsəbiləşən Demet səssizliyini pozub və izləyicisinə cavab yazıb. O, fikrini belə çatdırıb:
“Allah sənə mənim yaşatdıqlarımı yaşatmasın. Yuvan dağılmasın. Mən belə deyirəm. Sən nə istəyirsən de”.
Qeyd edək ki, Akalın 6 illik əri Okan Kurtdan bu ilin sentyabrında ayrılıb. Onların 4,5 yaşlı qızı var.