“Miss Türkiyə 2017” müsabiqəsində ikinci seçilən izmirli model Pınar Tartan “Dünya modellər kraliçası” yarışmasında birinci olub.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, dünən Çinin Şenzhen şəhərində 70 ölkənin iştirak etdiyi 30-cu “Dünya manikenlər kraliçası” yarışması keçirilib. Türkiyəli model müsabiqənin finalçısı olaraq gözəllik tacını başına taxıb.
Yarışmada Konqo gözəli ikinci, Uruqvay gözəli üçüncü, Polşa gözəli 4-cü, Çin gözəli isə 5-ci olub.
Qeyd edək ki, Yaşar Universitetinin Hüquq Fakültəsinin ikinci kursunda oxuyan Pınar Tartan ingilis dilini mükəmməl bilir və pianono çalır.