Çeril Venzel adlı qadın etdiyi hərəkətlə gündəmə çevrilib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, o, ölmüş əri Kris Venselin dövməli bədənindən çərçivə düzəldərək onu evin divarına asıb.
Buna səbəb isə döymə ustası olan Krisin sənətinin nəsildən-nəsilə ötürülməsini istəməsi olub. O, arvadına "Bir gün ölərsəm, dərimi soyub, ondan çərçivə düzəltdirərsən" deyib.
Ərinin arzusu başda Çerilə qəribə görülsə də, amma o, sonda Krisin arzusunu yerinə yetirməyə qərar verir. Bir şirkətlə danışan qadın ərinin dərisindən çərçivə hazırlatdırır və onu evindən asır.