Qadin.NET / Zeyn Maliki ölümlə hədələdilər-FOTO

Zeyn Maliki ölümlə hədələdilər-FOTO

Zeyn Maliki ölümlə hədələdilər-FOTO

Ötən həftə məşhur Pakistan əsilli britaniyalı müğənni Zeyn Malik "Vogue" dərgisinə açıqlamasında islam dinindən imtina etdiyini bildirib. 
Qadin.Net axşam.az-a istinadən xəbərinə görə, ifaçının sözləri qalmaqala səbəb olub. "Dini inanclarımla bağlı çox danışmıram. İslam dini qəvul etmirəm, məni müsəlman adlandırmasınlar" deyə, söyləyib.Malik deyib ki, əvvəl də dualar oxumayıb, halal yeməklər seçməyib:

"İnanmıram ki, sən ancaq halal ət yeməlisən. Müəyyin dildə beş dəfə dua oxumaq məcburiyyətində olmağa inanmıram. Yalnız bir şeyə inanıram: yaxşı adamsansa, səninlə hər şey əla olacaq". 

Onun bu sözləri birmənalı qarşılanmayıb. Onun dünyanın müxtəlif yerində olan pərəstişkarları ifaçının ünvanına təhqirlər yazıblar. 

Zeynin sözləri ölkəsi Pakistanda da mənfi qarşılanıb. Hətta ifaçını təhdid də ediblər. Müğənninin ünvanına "Zeyn Malik pakistanlılara lazım deyil. Bizim torpaqlarımıza gəlməyi ağlına belə gətirmə. Müsəlman öz dinindən dönə bilməz. Bu addımına görə o, cəzalandırılacaq" kimi sözlər deyilib.
19 noyabr 2018
GO BACK