Dünən Britaniya kraliçası 2-ci Yelizavetanın oğlu, şahzadə Çarlzın ailəsi ilə birlikdə yeni fotoları yayılıb.
Qadin.Net bildirir ki, fotolar The Sunday Times Magazine-in xüsusi buraxılışında dərc ounub.
Bu günlərdə 70 yaşı tamam olmuş şahzadə Çarlza həsr olunmuş "Uelsli Baba" adlı geniş reportajı müşayiət edən fotoların müəllifi tanınmış fotoqraf Kris Ceksondur. O, artıq 15 ildir ki, kraliçanın ailəsi ilə çalışır.
The Sunday Times Magazine-dəki əsas fotoda şahzadə Çarlz kiçik nəvəsi Luini qucağında tutub.
Digər fotoda isə şahzadə Lui şahzadə babasının burnundan yapışıb.
Fotolar şahzadə Çarlzın Klarens-Haus malikanəsində əkilib.
"Çəkilişdə uşaqlar balaca xaos yaratdılar. Çarlz çox yaxşı babadır. Corc və Şarlotta daim ona can atırlar. Şahzadə Çarlz çəkilişdə nəvəsi Luini də atıb-tutur, uşağı vəcdə gətirirdi", - Kris Cekson deyib.
Ailə fotolarında şahzadə Çarlzla bahəm, onun xanımı, Kornuoll hersoginyası Kamilla, oğulları Harri və Uilyam, gəlinləri Keyt Middlton və Meqan Markl, habelə şahzadə Uilyamın övladları Corc, Şarlotta və Lui var.