Finlandiyalı rəssam Nadja Andersson 2011-ci ildən bəri qida ehtiyacını ərzaq satış mağazalarının zibil yüklərinə atdıqları ərzaq və içkilərdən qarşılayır.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, Helsinkidə yaşayan 26 yaşlı Andersson 2011-ci ildən etibarən Helsinkidə yerləşən ərzaq satış mağazalarının zibil yüklərinə gedərək ərzaq tələbatını zibillikdən qarşıladığını deyir.
Anderssonda ərzaq ehtiyacını zibillikdən qarşılama düşüncəsi 19 yaşında ikən Norveçdə yay tətilində bir restoranda işlədiyi zaman normal yeməklərin zibilə atıldığını görəndə ortaya çıxıb.
İş qurtaran kimi zibilliyə atılan yeməkləri alıb evə apardığını deyən Andersson "Bu mağaza və restoranların olduqca yaxşı və təzə ərzaqları zibilə atdıqlarının başa düşməyimə səbəb oldu" deyir.
Gənc rəssam zibilliklərdən qida toplamasının iqtisadi və etik səbəbləri olduğunu deyir. Başlanğıcda zibillikdə qida axtarmağın bir az xəcalət hissi yaratdığını və bunun zamanla keçdiyini bildirən gənc rəssam "Çox maraqlıdır, amma etdiyimdən həqiqətən utanmıram. Əgər zibillikdən təzə yeməklər tapıramsa niyə pul verib alım?" deyərək bu hərəkəti ilə qürur duyduğunu bildirib.
Aparılan tədqiqatlar Finlandiyalıların ildə adam başına 24 kiloqram istifadəyə yararlı qidaları zibilliyə atdığını göstərir. Xarab olan və yeyilməyəcək hala gələn qidalarla birlikdə bu rəqəm adambaşına 80 kiloqrama yüksəlir.