Amerikada uçuş zamanı təyyarədə çəkilən görüntülər hər kəsi təəccübləndirib.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, təyyarənin arxasına keçən cütlük etdikləri hərəkətlə insanları çaşdırıb.
Cütlük heç kimin onları görmədiyi zənn etdiyi bir vaxtda yoqa etməyə başlayıb. Gənclər xüsusi ilə qarın əzələlərini işlədən hərəkətlər edərək bir -birini qaldırıblar.
Qeyd edək ki, cütlüyün bu görüntüləri sosial mediada paylaşma rekordu qırıb. Bəziləri onları qınayarkən, çoxları da maraq çəkmək üçün bunun planlı olduğunu bildirib.