İsveçrədə yaşayan Selin Sentino adlı gənc qız eybəcər olduğu üçün dostları tərəfindən lağa qoyulurdu.
Qadin.Net ölkə.az-a istinadən xəbər verir ki, Selin 40 min dollar xərcləyərək plastik əməliyyat etdirib və tam başqa bir xarici görünüşə qovuşub.
24 yaşlı Selin qısa müddət ərzində paylaşdığı fotoları ilə İnstaqram fenomeninə çevrilib. O, dostlarının daim ona lağ etdiyi üçün işləyərək 4 il pul yığıb. Sonra isə bu pulları sinə, burun, yanaq, və dodaq əməliyyatına xərcləyib.
Əvvəllər insanların ona çirkin dediyi üçün özünü bədbəxt sayan Selin artıq istədiyi bədənə sahib olduğu üçün özünü çox xoşbəxt hiss edir.