İngilis rəssam, qrafik və fotoqraf Devid Hokninin "Rəssamın portreti (iki fiqurlar ilə hovuz)" rəsmi "Christie's" hərrac evinin təşkil etdiyi hərracda 90,3 milyon dollara satılıb.
Qadin.Net trend-ə istinadən bildirir ki, bu barədə "Christie's" hərrac evinin "Twitter" səhifəsində deyilir.
Bu, hazırda həyatda olan rəssamın əsərləri üçün rekord qiymətdir.
Bundan əvvəlki rekord 2013-cü ildə "Christie's" hərrac evində satılan Ceff Kunsun "Hava şarlarından it" heykəltaraşlıq əsərinə məxsus olub. C.Kunsun əsəri 58,4 milyon dollara satılmışdı.