Model Dəniz Akkaya tədbirlərdən birinə qatılıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, o, maraqlı aksesuarı ilə gündəmə gəlib.
Qara libas geyinən Akkaya mirvari muncuqlardan hazırlanan boyunbağısı ilə bütün diqqətləri üzərinə çəkməyi bacarıb. Onun geyimi haqda fikir bildirən modelyer bu sözləri deyib:
“Paltarı çox sadədir. Mirvari muncuqlar ötən ildən bəri dəbdədir. İndi bütün modelyerlər onlardan istifadə edir. Dəniz də dəbə uymaq istəyib, amma yaxşı alınmayıb”.