İtaliyanın "Yuventus" klubunun portuqaliyalı forvardı Kriştianu Ronaldu qeyri-rəsmi nikahda olduğu arvadı, ispan model Corcina Rodrigeslə nişanlanıb.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, 33 yaşlı Ronaldunun münasibətləri qanuniləşdirmək təklifinə 24 yaşlı Rodriges "hə" deyib.
Corcina artıq toy paltarını da seçib.
DÇ-2018-dən əvvəl Ronaldu ilə Rodrigesin toy niyyətləri barədə şayiələr dolaşırdı.
Ötən ilin noyabrın 12-də C.Rodriges qeyri-rəsmi ərinə qız doğub. Qıza Alana Martina adı verilib.
Kriştianunun iki surroqat anadan üç övladı - 7 yaşlı Kriştianu ilə 2017-ci ilin iyun ayında doğulmuş Yeva və Mateo adlı əkizləri var.
Corcina ilə Kriştianu 2006-cı ildə İspaniyanın paytaxtı Madriddə tanış olublar. C.Rodriges həmin dönəmdə "Gucci" brendinin butikində işləyirdi.
Kriştianu Ronaldu uzun müddət tatar supermodel İrina Şeyk ilə birlikdə yaşayıb. Onlar 2015-ci ilin yanvarında ayrılıblar.