İraqın Süleymaniyyə şəhərinin Ranya rayonundakı emalatxanada işləyən beş qardaş dünyanın ən lüks avtomobillərinin oxşarını istehsal edir.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, emalatxananın sahibi Kamal Səlim bu işə 2010-cu ildən başladıqlarını bildirib. Qardaşlar əsasən "Lamborghini" üslublu avtomobillərə üstünlük verirlər.
"İndiyə qədər 7 avtomobilin oxşarını hazırladıq. Ən əsas işimiz 40 min dollara "Lamborghini" istehsal etmək olub", - deyə Kamal qeyd edib.
Qardaşlar mühərrik, sürətlər qutusu və təkər kimi bəzi vacib ehtiyat hissələrindən başqa digər detalları öz imkanları hesabına istehsal edirlər. Səlim bildirib ki, 7 ay ərzində bir avtomobili hazırlamaq mümkündür:
"Maşınların tərzi bir-birindən fərqlidir. Daha çox idman və lüks üslublu maşınlara üstünlük veriri. Adi avtomobili 3 aya hazırlamaq olar. "Lamborghini" kimi maşınların dizaynı isə çətin olduğu üçün 1 ilə qədər vaxt aparır".
Kamal eyni zamanda bildirib ki, bir avtomobili satış qiymətinin 30 faizinə qədər məbləğlə əldə etmək mümkündür:
"Maşınları sınaqdan keçiririk və satmırıq".