51 yaşlı aktrisa Nikol Kidman rahibə olmaq arzusundan bəhs edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, aktrisa “Allure” jurnalına verdiyi müsahibədə həmkarı və yaxınlıqda yaşayan rəfiqəsi Riz Uizerspunun onu əri Ki Urbanla zərif münasibətlərinə tez-tez sataşdığını deyib:
“Kit və mən avstraliyalıyıq, biz okeansız yaşaya bilmərik. Bizim sahildə evimiz var. Səhər tezdən oyanır və səhər yeməyindən əvvəl okeana gedirik. Qonşumuz Riz təəccüblənərək “Göyərçinlər, suda nə edirsiniz?" deyə sual verir. Özü sahildə az gəzdiyi üçün bizi qıcıqlandırmağa çalışır”.
İki qız anası olan ulduz analıq vəzifəsi haqqında bunları deyib:
“Əsas amil - uşaqlara qayğı göstərmək, onlara yol açmaq, əxlaqi, layiqli xüsusiyyətləri və məsuliyyəti aşılamaqdır. Anam çox yaxşı təhsilli və uşaqlarının bir çox imkanları olmalarını istəyən çox etibarlı və güclü qadın idi”.
O, müsahibəsində etiraf edib ki, özünü məşhur saymır:
“Məşhur və kino ulduzu deyiləm. Özümü yalnız aktrisa kimi hiss edirəm. Ulduz Beyonsdur”.
Nikol açıq etiraf edib ki, əvvəllər tamam başqa həyat yolu seçmək fikrində olub:
“Allaha çox inanıram. Rahibə olmaq ideyası xoşuna gəlirdi. Bu yolu seçmədim, amma rahibəlik məni çox cəlb edirdi”