Nüfuzlu "Forbes" jurnalı ənənəvi "30 under 30" reytinqini açıqlayıb.
Reytinqdə yaşları 30-a çatmamış 30 gənc milyonçu və milyarderin, habelə çalışdıqları sahələrdə müstəsna uğurlar əldə etmiş insanların adları var.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, reytinqə 29 yaşlı basketbolçu Bleyk Qriffin başçılıq edir. "Detroyt Pistons" klubunun forvardı il ərzində 35,5 milyon dollar qazanıb. Qriffinin 171 milyon dollarlıq varidatı var.
İlk onluqda sonrakı yerləri fiqurlu konkisürən Adam Rippon (29 yaş), müğənni Qreys Vandervaal (14 yaş), aktrisa Storm Reyd (15), aktrisa Reyçel Brosnahan (28), müğənni Kamila Kabello (21), aktyor Timoti Çalamet (22), gimnast Lauri Ernandes (18), reper Post Malon (23), YouTube ulduzu Layza Koşi (22) də var.