Kembric hersoginyası 36 yaşlı Keyt Middleton analıq məzuniyyətindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, mərasimə həyat yoldaşı ilə qatılan 3 uşaq anası K.Middletonun geyimi müzakirələrə səbəb olub.
Mavi rəngli paltarını gümüşü rəngli ayaqqabı və paltarı ilə eyni rəngdə olan çantası ilə tamamlayan Keytin bu geyimi birmənalı qarşılanmayıb.
Çünki K.Middleton 2012-ci ildə London Olimpiya Oyunlarına qatılarkən də modelyer Cenni Pekamın hazırladığı bu paltarı geyinmişdi.
6 il əvvəl də eyni ayaqqabı və çantanı seçən Keytin tək dəişikliyi o zaman saçının yığılmış olması idi.
Hersegoniyanın bu seçimi müzakirələrə səbəb olub. Bəziləri onun qənaətcil olduğunu düşünür, bir qisim isə sevdiyi modelyerlərin bütün geyimlərini geyindiyini, buna görə seçim imkanının qalmadığını deyir.
Bir qisim isə moda məsələsində riskə getmək istəməyən Keytin həm çox sevdiyi, həm də özünə yaraşanları yaxşı seçə bildiyini düşünür.
Heyranları isə Keytin bu paltarı nə zaman və necə geyinsə də, yaraşdığını bildirib.