Qadin.NET / 9 yaşına kimi ana südü ilə qidalandı-FOTO

9 yaşına kimi ana südü ilə qidalandı-FOTO

9 yaşına kimi ana südü ilə qidalandı-FOTO


Britaniyada yaşayan 4 uşaq anası Şaron Sprink açıqlaması ilə dünya gündəminə çevrilib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, qadın üçüncü övladı Şarlottanı 9 yaşına qədər əmizdirdiyini bildirib. O, ana südünü qızının istəyi ilə kəsdiyini söyləyib. 

"İki uşağımı yalnız 2-3 həftə əmizdirmişəm. Amma Şarlottanın nadir xəstəliyi olduğu üçün həkimlər ona 2 il ana südü verməyimi tapşırdılar. Amma sonradan qızıma görə bu müddəti bir az daha uzatdım. 9 yaşında isə özü yavaş-yavaş ana südündən az-az içməyə başladı və tərgitdi. Şarlotda ilə aramda çox böyük bir bağlılıq var. Düşünürəm ki, bu, onu uzun illər əmizdirməyimdən irəli gəlir".

 

13 noyabr 2018
GO BACK