Qəbələ rayonuna 5 santimetrdən çox qar yağıb.
Qadin.Net trend-ə istinadən bildirir ki, qar rayonun dağlıq kəndləri olan Laza və Durcaya düşüb.
Bildirilir ki, səhər saatlarından yağmağa başlayan qar hələ də davam etməkdədir.
Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, yağan qar kənd təsərrüfatına hər hansı ziyan vurmayıb.