Qadin.NET / Azərbaycanda çörək ucuzlaşacaq? - Təkrar emal...

Azərbaycanda çörək ucuzlaşacaq? - Təkrar emal...

Azərbaycanda çörək ucuzlaşacaq? - Təkrar emal...


Türkiyədə israfın qarşısının alınması üçün boyat çörək və un məhsullarının istehsalçıya qaytarılmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb. Bu üsulla həmçinin çörəyin ucuzlaşacağı da proqnozlaşdırılır.

Eyni problem ölkəmizdə də yaşanır. Bizdə də çörək və un məhsullarının israfı problemi var.

Qadin.Net xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Həsən Quliyev bir müddət öncə Sputnik Azərbaycan-a açıqlamasında gündəlik çörək israfının 30 faiz olduğunu demişdi. 30 faiz isə gündəlik 300 min ton buğdanın itkisi deməkdir.

Maraqlıdır, belə olan şəraitdə qonşu ölkə təcrübəsinin ölkəmizdə tətbiqi nə kimi töhfələr verə bilər?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvi Vahid ƏhmədovAzərbaycandakı mövcud problemdən söz açıb: "Bu gün dünyada çox böyük ərzaq qıtlığı olsa da, bəzi ölkələrdə çörəyin israfı problemi var. Azərbaycanda da belə ölkələrdəndir. Elə çörəklər var ki, onları bir gündən artıq saxlamaq olmur. Belə olan halda, ya onu heyvanlara atmağa, ya da tullamaq məcburiyyətində qalırlar".

"Problemin qarşısının alınması üçün Azərbaycanda da bənzər qanun layihəsinin qəbul edilməsi mümkündür. Belə bir qanun layihəsi qəbul edilərsə, çörəyi təkrar emala göndərməklə israfçılığın qarşısını almaq olar. Bu qanun layihəsinin qəbulu, təkrar emal üçün əlavə vəsaitin ödənilməsi istehsalçıların müəyyən problemlərinin həllinə kömək edər" - deyə V.Əhmədov əlavə edib.

Millət vəkili bildirib ki, belə bir qanun layihəsinin işlənib hazırlanması Azərbaycanda çörəyin daha da ucuzlaşmasına səbəb olacaq.

V.Əhmədov büdcə müzakirələri ilə əlaqədar olaraq bu məsələnin hazırda gündəlikdə olmadığını deyib: "Yaxın müddətdə bu müzakirənin təşkil olunacağı haqda danışmaq mümkünsüzdür. Yəqin ki, gələcəkdə bu məsələ Milli Məclisdə müzakirəyə çıxarılacaq".

12 noyabr 2018
GO BACK