Son vaxtlar ard-arda toy və uşaq xəbərlərilə gündəmdə olan İngiltərə kral ailəsində az rast gəlinən bir hadisə baş verib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Sasseks hersoginyası Meqan Marklın köməkçisi istefa verib və sarayı tərk edib.
Kensinqton Sarayının sözçüsü Melissa adlı gənc qadının saraydan ayrılma səbəbilə bağlı şərh verməyib. İddialara görə o, Marklın şəxsi keyfiyyəti və ailəri ilə aralarındakı anlaşılmazlıq səbəbindən saraydan ayrılıb.
Krallıq şərhçiləri Melissa adlı qadının belə qısa müddətdən işdən çıxmaq barədə qərar verməyi yaşadığı gərginliklə bağlıdır.Ətrafında bacarıqlı köməkçi kimi tanınan Melissa Marklın atası və digər ailə üzvlərinin mətbuatda kral ailəsi ilə bağlı açıqlamaların yaratdığı gərginliyi idarə etmək üçün çoxlu əmək sərf edib.Harri ilə Meqanın toylarının belə uğurlu keçməsi üçün böyük dəstək verdiyi bildirilir.
Meqanın keçmiş köməkçisi Gine Neltnorpe Covne onun toy hazırlıqları zamanı çox amansız olduğunu və özü ilə eyni fikirləri bölüşməyənlərlə münasibətini qısa zamanda qobardığını deyib.Bəzi fikirlərə görə, Meqan aktrisalığından qalmaq eqosuna məğlub olur. Ona görə onunla işləmək çətindir.