Baş verən hadisələrdən sonra Açıkgöz ailəsində mübahisə bitmək bilmir.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, meneceri Hülya ilə stilisti Dərya Açıkgözün Hadisəyə üsyan etməsi üç bacının aralarındakı mehribanlığa son qoyub.
Baş verənlərdən sonra Hadisə ailəsinə yardım etməyi dayandırıb. Bacılar isə hazırda maddi sıxıntı yaşayırlar. Anası ilə birlikdə qalan Dərya üç aydır yaşadığı binadakı komunal xidmətləri ödəyə bilmir. Digər tərəfdən isə Hülya Arnavutköydəki evinin qapısını bağlayıb anası ilə bacısının yanına köçüb.
Ailənin ən kiçik qızı olan Dərya Hadisəyə zəng edib çətinlik çəkdiklərini deyib. Amma müğənni ailəsinin vəziyyəti ilə maraqlanmayıb.