İngiltərənin Lankaşir qraflığının Morkemb rayonunda yaşayan qadın 21-ci övladını dünyaya gətirib.
Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, super ana (supermum) hesab edilən Sue Radford adlı qadının doğum prosesi 12 dəqiqə çəkib.
43 yaşlı qadın yeni doğulan körpəsinə Bonnie Raye adını verib.
Bonnie dünyaya gələrkən çəkisi 3 kiloqram 700 qram olub.
Onun ərinin 47 yaşı var və çörəkçidir.
"Ərimlə mən qərara gəldik ki, artıq bəsdir. Bonnie bizim ailəmizi tamamladı", - Sue açıqlamasında söyləyib.
O, bildirib ki, ömrünün 811 həftəsini hamilə olaraq keçirib.
Qeyd edək ki, Suenin ilk övladı 14 yaşındaykən dünyaya gəlib.