Qadin.NET / Ən ucuz noutbuk təqdim edildi

Ən ucuz noutbuk təqdim edildi



“Xiaomi” şirkəti 15,6 düym diaqonala malik “Mi Notebook” modelini təqdim edib. 11 noyabrda satışa çıxarılacaq bu noutbukun qiyməti təxminən 820 manatdan başlayacaq.

 Qadin.Net teleqreaf-a istinadən xəbər verir ki, məlumata görə, sözügedən noutbuk 15,6 düym diaqonallı modellər arasında ən ucuz olacaq. “Mi Notebook” 8-ci nəsil “Intel Core i3” prosessoru və 4 QB-lıq əməli yaddaş (32 QB-dək artırmaq mümkündür) təchiz edilib. Sərt diskin tutumu 128 QB təşkil edəcək.


Noutbukun korpusunun tamamilə metaldan işlənilməsinə baxmayaraq, model kifayət qədər yüngül və istifadəsi rahat olacaq.


10 noyabr 2018
GO BACK